Azərbaycanda ətin qiyməti enib.
Bərdə rayon sakinlərinin verdiyi məlumata görə, bir həftə bundan öncə 11 manata satılan mal ətinin 1 kiloqramı artıq bazarlarda 8 manat 50 qəpik - 9 manata satılır.
Satıcıların sözlərinə görə, hazırda quzu ətinin qiymətində də enmə var: "10 gün əvvəl quzu ətinin 1 kiloqramı 13 manat idi, indi isə 11 manatdır. Qoyun ətinin 1 kiloqramı isə 9 manatdır”.
Ət satıcıları qiymətin qəfil enməsininin səbəbini mövsümlə əlaqələndiriblər.
Oxunub: 874