dini radikalizm və ekstremizmlə mübarizə

Ötən il bağlanan iş yerlərinin sayı bəlli oldu

Ötən il bağlanan iş yerlərinin sayı bəlli oldu
Ötən il ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət
sektorunun payına düşüb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Qeyd edək ki, ötən il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 61,0 faizi qeyri-dövlət sektorunda açılıb.

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR