dini radikalizm və ekstremizmlə mübarizə

Deputat: Əlillərin pensiya və müavinətləri artırılmalıdır

Deputat: Əlillərin pensiya və müavinətləri artırılmalıdır
Millət vəkili Araz Əlizadə əlillərə verilən pensiyalardan və müavinətlərdən narazıdır.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili mətbuata açıqlamasında bildirib ki, o, parlamentin həm plenar, həm də üzvü olduğu Əmək və sosial siyasət komitəsinin iclaslarında dəfələrlə bu məsələni qaldırıb:

“Bu qənaətdəyəm ki, əlillərimizə verilən pensiyaların və müavinətlərin məbləği çox azdır. Bu pensiya ilə onlar nə edə bilər?

Əlillər arasında - dərəcə fərqlərini istisana etməklə - fərq, ayrıseçkilik qoyulması düzgün deyil. Bu fərq aradan qaldırılmalıdır. Xüsusilə, 20 Yanvar hadisələrinin, Qarabağ müharibəsinin iştirakçısı olmuş və əlil düşmüş şəxslərə daha həsssalıqla və diqqətlə yanaşılmalıdır.

Hesab edirəm ki, ümumən əlillərin pensiyaları və müavinətləri artırılmalıdır”.

Oxunub: 732
Oxşar xəbərlər
SON XƏBƏRLƏR