dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununu yayımlayacaq telekanal dəyişib.

Qarşılaşma “CBC Sport”da yox, “İdman TV”də yayımlanacaq. Bu barədə saytımıza Ağdam klubundan məlumat verilib.

Xatırladaq ki, bu komandalar arasında Sloveniyada keçirilən ilk qarşılaşma “İdman TV”dən yayımlanmalı olsa da, yalnız 68-ci dəqiqədən oyun efirə verilmişdi.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüşdə Azərbaycan təmsilçisi 0:2 hesablı qələbə qazanıb.

Oxunub: 115
Oxşar xəbərlər
SON XƏBƏRLƏR