dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı məlum oldu


16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytının yaydığı məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-də baş tutacaq.

B qrupunda mübarizə aparacaq millimiz iyulun 19-da Kipr, 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.
Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

Oxunub: 114
Oxşar xəbərlər
SON XƏBƏRLƏR