dini radikalizm və ekstremizmlə mübarizə

Onlar da La Liqaya vəsiqə qazandı

Onlar da La Liqaya vəsiqə qazandı

“Almeriya” və “Valyadolid” İspaniya La Liqasına vəsiqə qazanıblar.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Sequndada ötən gecə baş tutan mövsümün son turunda “Almeriya” “Leqanes”lə bərabərə qalıb – 2:2.

“Valyadolid” isə son oyunda “Hueska”nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla başa vurub. Lakin əlavə göstəricilərdə – şəxsi görüşlərin nəticələrində “Almeriya” “Valyadolid”dən üstün olduğu üçün çempion olub.

“Valyadolid” aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. “Almeriya” isə 2015-ci ildən bəri yüksək liqada oynamırdı.

“Eybar”, “Las Palmas”, “Tenerife” və “Jirona” pley-off mərhələsində La Liqaya sonuncu vəsiqə uğrunda oynayacaq.

Oxunub: 902
Oxşar xəbərlər
SON XƏBƏRLƏR