dini radikalizm və ekstremizmlə mübarizə

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlərə bu gün yekun vurulacaq.

Djb.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, artıq 3-cü yerin sahibi bəlli olub.

Bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub.

Oxunub: 2 688
Oxşar xəbərlər
SON XƏBƏRLƏR