Azərbaycan milli komandasının və “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib.
APA-nın məlumatına görə, bəzi xarici klubların da diqqət mərkəzində olan perspektivli futbolçu karyerasını Azərbaycanda davam etdirəcək.
O, 2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah”la anlaşıb. Bakı klubu 22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlayıb.
Oxunub: 648