Bu sözləri Ağdam İdman Klubunun prezidenti Tural Cavadov söyləyib. Bildiyiniz kimi 24-26 dekabr 2018 Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi möhtəşəm "Bakı Open" yarışı keçirilidi. Bu yarışa Ağdam İdman Klubu 14 idmançı ilə qatılmışdı. Yarışda 800 idmançı iştirak edirdi, bu qədər idmançının arasında nəaliyyət qazanmaq çox çətin idi. Amma buna baxmayaraq bizim klubumuzun idmançıları uğurla iştrak edərək 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı. Bir idmançımız Allahquliyev Əyyub isə gecənin professional döyüşündə çempion olaraq "Bakı Open" yarışının kəmərin götürdü. Bu yarışın təşkil olunmasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə, vitseprezidenti Güloğlan Cabbarova və birdə bizim kluba hər zaman diqqət göstərən Ağdam İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənova öz minnətdarlığımı bildirirəm.
Nuranə Abdullayeva
Oxunub: 1 231