dini radikalizm və ekstremizmlə mübarizə

Hərbçilərimiz dünya çempionatında 11 medal qazanıb

Hərbçilərimiz dünya çempionatında 11 medal qazanıb


Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
Mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili, çempionatın təşkilat komitəsinin sədr müavini Roman Kudryavtsev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi Uve Manz, CISM-in güləş komitəsinin sədri Marko Kopella, təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CISM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə koordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, müxtəlif idman təşkilatlarının nümayəndələri, veteran idmançılar, Rusiya MOİK-in üzvləri, iştirakçı ölkələrin heyət rəhbərləri, yarışlarda iştirak edən komandaların üzvləri, hakimlər, məşqçilər, hərbi qulluqçular və mətbuat nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən CISM-in rəsmi nümayəndəsi Kim Hyun Soo yarışın əhəmiyyətindən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Çempionat bağlı elan edildikdən sonra CISM-in bayrağı gələn il yarışlara ev sahibliyi edəcək Çinin Müdafiə Nazirliyinin nümayəndəsinə təqdim edilib.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.
Xatırladaq ki, iyirmi iki ölkədən 350-dən artıq nümayəndənin iştirak etdiyi çempionatda Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası 2 qızıl, 3 gümüş və 6 bürünc medal olmaqla 11 medal qazanıb.

Oxunub: 996
Oxşar xəbərlər
SON XƏBƏRLƏR