Beynəlxalq Mətbuat Mərkəzində baş tutan qurultay dövlət himninin oxunması və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Alpaqut Turan döyüş sənətinin qurucusu Kutsan Vasif Namazov Federasiyanın son 4 illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etdikdən sonra gündəlikdə duran məsələlərin müzakirəsi başladı.
Səsvermə yolu ilə Qüdrət Nuriyev Azərbaycan Alpaqut Federasiyasının yeni prezidenti və 13 nəfərdən ibarət İdarə Heyyəti seçildi.
Qütrət Nuriyevin çıxışından sonra qurultaya qonaq qismində dəvət olunanlar çıxış edərək AAF-na və yeni prezidentə uğurlar arzu etdilər.
Sonra qurultay iştirakçıları 11 aprel prezident seçkilərində hamılıqla İlham Əliyevə səs verəcəklərın bəyan etdilər.
P.S. Biz də DJB.AZ xəbərlər informasiya portalı olaraq Alpaqut Federasiyasının prezidenti seçilmiş Qüdrət Nuriyevi təbrik edirik, ona işlərində uğurlar diləyirik.
Almaz İlahə