dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün günlərdən İstanbul derbisi: "Fənərbağça" - "Qalatasaray"

Bu gün günlərdən İstanbul derbisi: "Fənərbağça" - "Qalatasaray"


Bu gün Türkiyə Super Liqasının XXVI turu çərçivəsində "Fənərbağça" və "Qalatasaray" üz-üzə gələcək.

Djb.az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Görüşü Bülent Yıldırımın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Əzəli rəqiblər tarixdə 387-ci, ölkə çempionatında isə 122-ci dəfə qarşılaşacaqlar.

Əvvəlki 386 oyundan 146-da "Fənər", 123-də "Cim-Bom" qalib gəlibsə, 117 matç heç-heçə ilə nəticələnib. Vurulan qolların nisbəti isə belədir - 532:482.

Çempionat qarşılaşmalarında isə "sarı-lacivərdlilər" 50, "sarı-qırmızılar" 33 qələbə qazanıb, 38 heç-heçə qeydə alınıb. Topların nisbəti 154:116-dır.

"Qalatasaray" "Fənərbağça"nı sonuncu dəfə 18 oktyabr 2014-cü ildə "Türk Telekom Arena"da yenməyi bacarıb - 2:0. "Şükrü Saracoğlu"da isə "Cim-Bom" 18 ildən çoxdur qələbə qazana bilmir.

Sonuncu dəfə "sarı-qırmızılar" buna 22 dekabr 1999-cu ildə nail olublar - 2:1. Həmin görüşdən sonra iki komanda 18-i Superliqa, 3-ü isə ölkə kubokunda olmaqla, 21 görüşə çıxıb.

Bunların 15-də "sarı-lacivərdlilər" qələbə qazanıb, 6-da isə heç-heçə qeydə alınıb.Superliqada 25 turdan sonra "Qalatasaray" 53 xalla 1-ci pillədə qərarlaşıb. "Fənərbağça" isə 47 xalla 4-cüdü.

Oxunub: 887
Oxşar xəbərlər
SON XƏBƏRLƏR