dini radikalizm və ekstremizmlə mübarizə

Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!

Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!
İstənilən ölkəni xaricdə daha çox və tez tanıdan musiqisi, mədəniyyəti və idmanıdır.Son 20 il ərzində Azərbaycanda hər 2 sahədə böyük uğurlar qazanılıb. İdmanın Kikboksinq növü də son vaxtlar diqqət mərkəsindədir. Respublika Kikboksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev idmanın bu növünün inkişafı naminə əllərindən gələni əsirgəmir.
Bu günlərdə Respublika Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən “Neftçi” və “Xocalı ”İdman Klublarının rəhbəri, Kikboksinq üzrə 5 qat dünya çempionu, Azərbaycanın Qladiatoru Ehram Məcidovla görüşdük, bir neçə kəlmə söyləməsini xahiş etdik.O, dedi:
- Yeniyetmə və gənclər arasında Respublika çempionatı fevralın 14-dən 18-dək Respublika Əl Oyunları İdman Sarayında keçiriləcək. Bu yarışdan sonra Kikboksinq üzrə Respublika Yığma Komandasının tərkibində müəyyən dəyişikliyin olacağı gözlənilir. Mən, “Neftçi”və “Xocalı”İdman Klublarının Respublika çempionatına tam hazır olduqları qənaətindəyəm. 2004-cü ildən etibarən “Neftçi”İdman Klubuna Sadıq Sadıqov rəhbərlik edir. Sadıq müəllim Klub üzvlərinin məşqləri normal qaydada apara bilmələri üçün əllərindən gələni əsirgəmir.Klubumuzun üzvlərindən Vato versiyası üzrə dünya çempionları-Eduard Məmmədov, Pərviz Abdullayev, Zaur Məmmədov, Elşad Ələsgərov, Ramiz Məmmədov, Çingiz Əhmədzadə, Anar Məmmədovun adlarını qeyd edə bilərəm.Hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edən dünya çempionu Nəsimi Cəfərov, Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Rauf Gərayzadənin adlarını qeyd etməliyəm. “Xocalı İdman Klubu” Respublika çempionatında 30 idmançı ilə iştirak edəcək. Bu Klubun adından da göründüyü kimi Azərbaycan xalqı üçün şərəf və ləyaqət məsələsidir.Klubun baş məşqçisi Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün Əli Cəfərofdur.O, uşaq, yeniyetmə və gənclərin məşqləri peşəkar səviyyədə aparmaları üçün ciddi səy göstərir. Xatırlatmaq yerinə düşər ki, “Xocalı İdman Klubu” nun bəzi üzvləri 2018-ci ildə yeniyetmə və gənclər arasında keçiriləcək Dünya çempionatında iştirak edəcək.
Biz, ağır məşq aparan bir neçə idmançı və onun valideyni ilə söhbət etdik.Vüsal Bəkirov, Bakı şəhər sakini:-Oğlum, Bakıdakı 3 nömrəli tam orta məktəbin şagirdi Bəkir Bəkirzadə 5 qat dünya çempionu Ehram Məcidovun rəhbərliyi altında məşq edir.Ehram müəllimdən çox razıyam.Bəkirin arzusu E.Məcidov kimi dünya çempionu olmaqdır.
-Özlem Həsənova, Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi:Mən idmanın kikboksinq növü ilə peşəkar şəkildə məşğul oluram.Arzum peşəkar idmançı və bacarıqlı pilot kimi doğma Azərbaycanımızı xarici ölkələrdə ləyaqətlə təmsil etməkdən ibarətdir. Mən də məşqçilərimizdən çox razıyam.
Ayan Novruzova,8 yaşlı Xocalı sakini:- Mən 2 aydan çoxdur 5 qat dünya çempionu Ehram Məcidov və məşqçi Əli Cəfərovun rəhbərliyi altında məşqlərdəyəm.Məşq çox ağır ağır keçir.Çalışıram ki, müəllimlərin tapşırıqlarını vaxtında və dəqiq qaydada yerinə yetirim.Axı, atalar da çox gözəl deyib:"Təlim nə qədər ağır olsa, döyüş bir o qdər də asan olar."
-Pünhan İsmayılov, Bakı şəhər sakini:-18 yaşım var. Hazırda 2 nömrəli Peşə Liseyində təhsil alıram.Mən məşqçimiz, 5 qat dünya çempionu Ehram müəllimə, Əli müəllimə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirəm.

Kimsəyə sirr deyil ki, sağlam bədəndə sağlam ruh olar.Dəyərli idmançılar, yolunuz açıq olsun.Harda olsaz, Allah qorusun Sizi!

Şamil Sabiroğlu,
Şamilə Şamilqızı.
“fact-info.az”və “xebertv.az” saytlarının xüsusi müxbirləri.

Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!
Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!
Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!
Fevralın 14-18-də idmanın kikboksinq növü üzrə Respublika çempionatı keçiriləcək!

Oxunub: 1 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR