dini radikalizm və ekstremizmlə mübarizə

Erməni futbolçu İngiltərədən siyasi sığınacaq istəyir

Erməni futbolçu İngiltərədən siyasi sığınacaq istəyir
BBC telekanalının internet səhifəsində Ermənistan hökumətinin hərbi xidmətdən möhlət hüququnun ləğvi ilə bağlı qərarından narazı olan “Uitçörç Alport” adlı ingilis klubunun 23 yaşlı futbolçusu Ovika Nersesyan barədə məqalə dərc olunub.

Möhlət hüququnun ləğvindən sonra Nersesyan Britaniyanı tərk etməli olacaq.

Oxu.Az xəbər verir ki, “Shropshire star”a verdiyi müsahibədə Ovik Nersesyan Ermənistan ordusunda xidmət çəkməklə həyatını təhlükəyə atmaq istəmədiyini bildirib.

Ona görə futbolçu İngiltərədən siyasi sığınacaq istəmək qərarına gəlib.

Onun müraciətinə fevralın 19-da İngiltərə məhkəməsində baxılacaq.

UEFA-nın məlumatına görə, Yerevanda doğulmuş Ovik Nersesyan 2013-cü ildən “Pünik” futbol klubunun müdafiəçisi olub və 26 nömrəli forma ilə çıxış edib.

Nersesyan Ermənistanın gənclər üzrə futbol yığmasının üzvü olub. 2015-2016-cı illərdə gənclər üzrə Avropa Çempionatında iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında “ qanun imzalanıb. Həmin qanuna görə, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ ləğv olunub.

Ermənistan müdafiə naziri Viqen Sarqsyan yeni qanunun yalnız Olimpiya Oyunlarının mükafatçıları, dünya və Avropa çempionlarına şamil olunmayacağını bildirib.

Oxunub: 875
Oxşar xəbərlər
SON XƏBƏRLƏR