dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda baxışdadır

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda baxışdadır
Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz karyerasını Türkiyənin “Gənclərbirliyi” klubunda davam etdirə bilər.

“Report” xəbər verir ki, 30 yaşlı forvard hazırda Antalyada toplanışda olan Ankara təmsilçisinin düşərgəsində yer alıb. Onun barəsində yaxın günlərdə qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, müqavilə ilə “Bursaspor”a məxsus olan Deniz Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən “Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.

Oxunub: 779
Oxşar xəbərlər
SON XƏBƏRLƏR