dini radikalizm və ekstremizmlə mübarizə

Ağdaşda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb



Ağdaşda yolu keçən 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayıb.

Qeyd edilib ki, hadisə aprelin 9-da saat Ağdaş şəhəri ərazisində baş verib.

Belə ki, sürücü Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

5 yaşlı uşaq aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxunub: 56
Oxşar xəbərlər
SON XƏBƏRLƏR