dini radikalizm və ekstremizmlə mübarizə

Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Djb.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR