dini radikalizm və ekstremizmlə mübarizə

İstanbuldakı meşə yanğını ilə bağlı araşdırma başlanıb

İstanbuldakı meşə yanğını ilə bağlı araşdırma başlanıb

İstanbulun Heybeliada bölgəsində şam ağacları ilə zəngin meşədə yanğını baş verib.

APA-nın xəbərinə görə, Türkiyə Kənd və Meşə Təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 40-dan çox xilasedici cəlb olunub.

İstanbul Valiliyindən bildirilib ki, yanğın iki fərqli yerdə baş verib və meşəyə yaxın yaşayış məntəqələrinə yayılma təhlükəsi var.

Səbəbi hələlik bilinməyən faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, iyulun 6-da Türkiyənin Çanaqqala bölgəsində baş verən yanğında 450 hektar ərazi yanaraq yararsız hala düşüb.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR