dini radikalizm və ekstremizmlə mübarizə

Ağstafada piyadanı maşın vurub

Ağstafada piyadanı maşın vurub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Qadiri Oqtay Böyükağa oğlu yolu keçmək istəyən zaman onu maşın vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR