dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Mingəçevirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Samux küçəsində baş verib.

"VAZ 21099" markalı avtomaşının işıq dirəyinə çırpılması nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəhər sakini Həsənov Azər Qədir oğlu xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 549
Oxşar xəbərlər
SON XƏBƏRLƏR