dini radikalizm və ekstremizmlə mübarizə

Gəncədəki ailə faciəsinin TƏFƏRRÜATLARI


Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

KONKRET.az-ın məlumatına görə, qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib.

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxslərin kimliyi məlum olub.

– 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı (dünyasını dəyişib);

– 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;

– 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;

– 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.

Oxunub: 433
Oxşar xəbərlər
SON XƏBƏRLƏR