dini radikalizm və ekstremizmlə mübarizə

Yataqxana damında domino oynayanlar cərimələndi

Yataqxana damında domino oynayanlar cərimələndi

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

“İki sahil” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxsləri aşkarlayıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Damino oynayanlar barsəində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR