dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə evə basqın edilib, xəsarət alanlar var


Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər.

Hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qatətçilər bir neçə nəfər olub. Hazırda faktla əlaqədar hadisə yerində araşdırma aparılır. //Apa.az

Oxunub: 487
Oxşar xəbərlər
SON XƏBƏRLƏR