dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda mənzildə kişi meyiti aşkarlanıb


Səbail rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Qonşular mənzildə yaşayan kişinin meyitini aşkar edib. Mənzilə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Məlum olub ki, ölən şəxs Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Həsənov İlqar Ağalar oğludur.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail Rayon Şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri araşdırılır.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR