dini radikalizm və ekstremizmlə mübarizə

Ötən il 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Bu gün Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında hesabat dinlənilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hesabatı Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. V.Zahirov qeyd edib ki, ötən il bələdiyyələrlə bağlı 24 araşdırma materialları prokurorluğa göndərilib, onlardan 17-si üzrə cinayət işi başlanılıb, qalanı ilə bağlı qanunverciliyə uyğun qərar verilib. Bələdiyyə sədrləri tərəfindən dövlət hesabında olan torpaq sahələrinin ucuz qiymətə satılması müəyyən olunub.

Bələdiyyələrə 9254 tövsiyə göndərilib. Bu da ötən illə müqayisədə 55 faiz çox olub.

V.Zahirov bildirib ki, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsi məsələləri bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər.

Ötən il bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bununla bağlı 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə hazırda baxılır.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR