dini radikalizm və ekstremizmlə mübarizə

Bakı polisi bir gündə 37 cinayətin üstünü açıb

Bakı polisi bir gündə 37 cinayətin üstünü açıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 22-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxunub: 420
Oxşar xəbərlər
SON XƏBƏRLƏR