dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya FHN Soçidə dənizdə itkin düşən iki uşağın axtarışına aviasiya cəlb edəcək

Rusiya FHN Soçidə dənizdə itkin düşən iki uşağın axtarışına aviasiya cəlb edəcək

Soçidə iki uşağın dənizdə axtarışı üçün çərşənbə günü səhər aviasiya cəlb ediləcək.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Krasnodar diyarında verdiyi açıqlamada bildirilib.

Gün ərzində itkinlərin axtarışına FHN-in 140-dan çox şəxsi heyəti və 17 texnikası cəlb edilib.

Qeyd edək ki, ilkin məlumatlara görə, ötən gün axşam saatlarında 13-15 yaşlı iki uşaq Lazarevski kəndində dənizə axan Psezuapse çayından keçmək istəyərkən suya yıxılıblar. FHN-in məlumatına görə, dənizdə fırtına olduğundan uşaqlar sahildə axtarılır.

Rusiya İstintaq Komitəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Oxunub: 421
Oxşar xəbərlər
SON XƏBƏRLƏR