dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda marketdə adam öldürən şəxs tutulub - RƏSMİ

Bakıda marketdə adam öldürən şəxs tutulub - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi marketdə baş verən qətllə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR