Mingəçevir şəhərində valideyinlərin ehtiyatsızlığı üzündən qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü şəhər sakini Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib.
Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Oxunub: 552