dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada doqquzmərtəbəli binada baş verən yanğında iki nəfər ölüb

Rusiyada doqquzmərtəbəli binada baş verən yanğında iki nəfər ölüb

Yerli vaxtla saat 08.20-də Volqoqradın Mərkəzi rayonundakı doqquzmərtəbəli binanın mənzillərindən birində yanğın baş verib, nəticədə 32 nəfər təxliyə edilsə də, iki nəfər ölüb.

APA "RİA Novosti"yə istinadla bildirir ki,bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayətindəki Baş İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, mənzildə olan bütün əşyalar yanıb.
Saat 20.21-də (Moskva vaxtı ilə 19.21) söndürülən yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 462
Oxşar xəbərlər
SON XƏBƏRLƏR