dini radikalizm və ekstremizmlə mübarizə

Xırdalan yolunda ağır qəza: 5 avtomobil toqquşdu

Xırdalan yolunda ağır qəza: 5 avtomobil toqquşdu

Dünən axşam saatlarında Biləcəridən Xırdalan istiqamətinə gedən avtomobil yolunda zəncirvari qəza baş verib.

Unikal.org-un məlumatına görə, qəza nəticəsində 5 avtomobil toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmayıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı avtomobil yolunda tıxac yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 486
Oxşar xəbərlər
SON XƏBƏRLƏR