dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Xidmətinin sabiq əməkdaşı barəsində cinayət işi başlanıb

Dövlət Xidmətinin sabiq əməkdaşı barəsində cinayət işi başlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Hafiz Ağamalıyev barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, H.Ağamalıyevə Cinayət Məcəlləsinin 312.2-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində H.Ağamalıyevlə bağlı aparılan cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, H.Ağamalıyev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Sabunçu rayon şöbələrində çalışıb.

Oxunub: 462
Oxşar xəbərlər
SON XƏBƏRLƏR