dini radikalizm və ekstremizmlə mübarizə

Arvadını 5-ci mərtəbədən atan şəxsin məhkəməsində hakimlərə etiraz verilib

Arvadını 5-ci mərtəbədən atan şəxsin məhkəməsində hakimlərə etiraz verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən, 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edib. Vəkil məhkəmə protokolu ilə tanış olmaq istədiyini bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra Qanqa İbrahimov məhkəmə tərkibində olan hakimlər Novruz Kərimov və Rasim Sadıqova etiraz edib. Vəkil etirazını bununla əsaslandırıb ki, hər iki hakim şahidlərin dindirilməsinə müdaxilə edərək obyektiv məhkəmə araşdırması aparılmasına şərait yaratmırlar.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlanılıb.

Proses gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

İttihama görə, R. Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR