dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Hacı Zeynalabdin qəsəbəsinə gedən yolda zavodların yerləşdiyi ərazidə hərəkətdə olan "Opel" markalı avtomobilin təkərlərindən biri yerindən çıxıb və sürücü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunu vurub. O, aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 501
Oxşar xəbərlər
SON XƏBƏRLƏR