dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, "Nissan" markalı minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağabalayev Şahid Atabala oğlunu vurub.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Ş.Ağabalayevə ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisədən sonra ərazidən yayınan sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR