dini radikalizm və ekstremizmlə mübarizə

Ağdamda təlim məqsədli sursat aşkarlanıb

Ağdamda təlim məqsədli sursat aşkarlanıb
Ağdam rayonunun Əfətli kəndi ərazisində təhlükəli sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən ONA-ya bildirilib ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə Qarqar çayına baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli raketin ballistik qapağı (tərkibində heç bir partlayıcı maddə olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli raketin hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR