dini radikalizm və ekstremizmlə mübarizə

Paytaxtda zəncirvari qəza: sürücülər əlbəyaxa oldu

Paytaxtda zəncirvari qəza: sürücülər əlbəyaxa oldu
Bakının Səbail rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Djb.az xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.


“Hyundai” markalı minik avtomobili “dayan” nişanının tələbinə əməl etmədiyindən, əsas yola çıxaraq, “Ravon” və “Mercedes” markalı maşınlarla toqquşub.


Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan qadın sərnişin xəsarət alıb. Qəzadan sonra “Mercedes”in sürücüsü ilə “Hyundai” markalı avtomobilin sürücüsü arasında əlbəyaxa dava da baş verib.


Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 592
Oxşar xəbərlər
SON XƏBƏRLƏR