dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda quldurluq edən Şabran sakinləri tutuldu

Bakıda quldurluq edən Şabran sakinləri tutuldu


Bir neçə gün əvvəl Bakıda qeydə alınan quldurluq hadisəsinin üstü açılıb. Polis metronun qarşısında bir nəfəri döyüb əlindən mobil telefonun alan iki nəfəri saxlayaraq istintaqa cəlb edib.

Pul xırdalatmaq istəyən şəxsin telefonunu əlindən alıblar.

Hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonu Qara Qareyv prospektində olub.Suraxanı rayon sakini Cahangir Əhmədov ərazi üzrə 25-ci polis şöbəsinə məlumat verib ki, metronun ''Qara Qarayev'' stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan mobil telefonu alıblar. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinyəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq etdiklərini etiraf ediblər.

Həmin şəxslər daha sonra telefonu dəyərindən ucuz qiymətə satıblar. Polis həmin telefonu aşkar edərək götürüb. Faktla bağlı 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami rayon polis idarəsinə göndərib. Quldurluq törətməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdikləri də istisna olunmur.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR