dini radikalizm və ekstremizmlə mübarizə

Qonşusunu öldürüb qaçan şəxs hakim qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu. Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda, Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəmnində sonuncunu bıçaqlayıb.

Sonra D.Abuzərov hadisə yerindən qaçıb.

S.Qədirov isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən D.Abuzərov bir müddət sonra tutularaq istintaqa cəlb edilib.

Oxunub: 557
Oxşar xəbərlər
SON XƏBƏRLƏR