dini radikalizm və ekstremizmlə mübarizə

Azyaşlılara siqaret satanlar cərimələndi

Azyaşlılara siqaret satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
​Yeniavaz.com-un DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, dekabrın 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib. Reyd nəticəsində rayon ərazisində 2 mağaza və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar. ​Bu istiqamətdə reydlər davam etdirilir.

Oxunub: 630
Oxşar xəbərlər
SON XƏBƏRLƏR