dini radikalizm və ekstremizmlə mübarizə

Maştağada arvadını öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Maştağada arvadını öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Kamran Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Quliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, K.Quliyev həyat yoldaşı Fəqanə Rəhimovanı öldürməyə cəhd etməkdə təqsirli bilinib.

Hadisə ötən ilin avqust ayında Maştağa qəsəbəsi, Albalılaq yaşayış massivində baş verib. 1989-cu il təvəllüdlü Kamran Əlisa oğlu Quliyev həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Fərqanə Arif qızı Rəhimovaya çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan K.Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Oxunub: 723
Oxşar xəbərlər
SON XƏBƏRLƏR