Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Horadiz-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1992-ci təvəllüdlü Toğrul Babayev və sərnişin, 1989-cu il təvəllüdlü Murad Muradov hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polsində araşdırma aparılır.