dini radikalizm və ekstremizmlə mübarizə

Göyçayda avtomobil 11-ci sinif şagirdini vurdu

Göyçayda avtomobil 11-ci sinif şagirdini vurdu
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

ATV.az-ın yerli bürosu xəbər verir ki, hadisə ötən gün rayonun Qaraxıdır kəndində qeydə alınıb. Rayon sakini Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Qaraxıdır kənd sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub. Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 773
Oxşar xəbərlər
SON XƏBƏRLƏR