Bakının Nizami rayonunda kafedə dava zamanı orta yaşlı kişi bıçaqlanıb.
“Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində yerləşən kafedə müştəri qismində əyləşən 1986-ci il təvəllüdlü Həmidov Elçin Lütfəli oğlu müəssisə əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.