dini radikalizm və ekstremizmlə mübarizə

Dörd dəfə məhkum olunmuş oğru ələ keçdi

Dörd dəfə məhkum olunmuş oğru ələ keçdi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və DİN-in əməkdaşları birgə əməliyyat keçiriblər.

Oxu.Az-a daxil olan məlumata əsasən, əməliyyat nəticəsində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata əsasən, 2018-ci ilin fevral ayının əvvəlində Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin 24-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər dörd dəfə məhkum olunmuş, Bakı şəhəri ərazisindəki mənzillərdən silsilə oğurluq cinayətləri törətmiş, 1990-cı il təvəllüdlü vətəndaş Əliyev Elşad Fərrux oğlu Yevlax rayonu ərazisində maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı istintaq davam edir, araşdırma aparılır.

Oxunub: 687
Oxşar xəbərlər
SON XƏBƏRLƏR