Paytaxtda mənzildə 88 yaşlı qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.