Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.
Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam edir.