Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında 6 m2 sahədə ev əşyaları yanıb.
FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.