dini radikalizm və ekstremizmlə mübarizə

Şirvanda hadisə yerindən qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Şirvanda hadisə yerindən qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən Şirvan şəhərində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Yanvarın 3-də saat 7 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü, Sabirabad rayon sakini Abbasov Emin Sabir oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

E.Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxunub: 815
Oxşar xəbərlər
SON XƏBƏRLƏR