dini radikalizm və ekstremizmlə mübarizə

Orta məktəblərdə üç tərəf və bir problem: Valideyn, Müəllim və Şagird münasibətləri.


Son dövrlərdə məktəblərlə bağlı yayılan görüntülər və müzakirələr göstərir ki, valideyn, müəllim və şagird münasibətlərində ciddi gərginlik yaranıb.
Valideynin məktəbə gələrək müəllimlə sərt mübahisə etmələri sosial şəbəkələrdən açıq şəkildə cəmiyyətə çıxır. Digər tərəfdən, müəllimin şagirdə münasibəti ilə bağlı narazılıqların ictimailəşməsi ilə bu gərginliyin başqa bir tərəfinidə ortaya qoyur.
Bu artıq tək-tək hadisə deyil, münasibətlər sistemində yaranmış problemin açıq göstəricisidir.
Bu gün bir çox hallarda valideyn müəllimi günahlandırır, müəllim isə özünü müdafiə etməyə məcbur qalır. Bu qarşıdurmada isə ən çox zərər görən tərəf şagird olur. Çünki o, həm təhsil almalı, həm də bu gərgin mühitdə psixoloji olaraq davam gətirməlidir.
Məsələnin kökünə baxdıqda aydın olur ki, əsas problemlər ünsiyyətin zəif qurulması, qarşılıqlı etimadın azalması və tərəflərin öz rolunu tam düzgün anlamamasıdır.
Əslində isə valideyn, müəllim və şagird eyni məqsədə xidmət etməklə — sağlam və keyfiyyətli təhsil mühiti yaratmaq.
Ən vacib məqam isə budur: bu problemlərin həlli var.
Mövcud vəziyyət düzgün yanaşma və qarşılıqlı əməkdaşlıq əsasında dəyişdirilə bilər. Bu istiqamətdə həm elmi, həm də praktik yanaşmalar mövcuddur və mən bu sahədə öz təcrübəmi paylaşmağa, eyni zamanda məktəblərdə seminarlar görüşlər keçirməyə hazıram.
k.Ü.f.d.Vilayət Sabir oğlu Məmmədov

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR